6 C
Baku
Sunday, December 15, 2024

“Accessbank” səhmdarı Azərbaycanla yeni strategiya reallaşdırır

“Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla tərəfdaşlığın 2019-2023-cü illəri əhatə edən yeni strategiyasını razılaşdırmağın ilk mərhələsini başa vurub”.

Bunu ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib.

O bildirib ki, büdcəsi və əsas istiqamətləri bu həftə razılaşdırılacaq strategiyanın yaxın vaxtlarda bankın Direktorlar Şurasına təqdim ediləcəyi gözlənilir.

Yeni strategiyaya daha çox Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara texniki dəstək məsələlərinə üstünlük verdiklərini söyləyən nümayəndəlik rəhbəri hazırda 2019-2021-ci illəri əhatə edən biznes planını da hökumətlə razılaşdırdıqlarını vurğulayıb.

Ümumiyyətlə, bankın saytında yerləşdirilən sənədin ilkin variantına görə, Azərbaycanda enerji, təhsil, maliyyə, İKT, dövlət idarəçiliyi, şəhər infrastrukturu kimi sahələrdəki layihələrə ADB üç il ərzində 815 milyon dollar ayırmağa hazırdır. O cümlədən enerji sisteminin modernləşdirilməsinə 335 milyon dollar, dövlət idarəçiliyinin daha səmərəli vəziyyətə gətirilməsinə isə 250 milyon dollar vəsait qoymaq nəzərdə tutulur.

Mövcud qaydaya görə, hər il yenilənəcək biznes planında həmçinin Azərbaycanın regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərinə bundan sonra da dəstək verəcəkləri vurğulanır.

Xatırladaq ki, Asiya İnkişaf Bankı üzvlüyünə 1999-cu il dekabrın 22-də qəbul olunan Azərbaycanın bu bankın kapitalındakı payı 0,5 faizdir. ADB 2003-cü ildən Azərbaycanda dövlət və özəl sektorlarda 30-dan çox layihənin həyata keçirilməsi üçün cəmi milyard dollardan çox kreditin verilməsini dəstəkləyib. Bankın göstərdiyi texniki dəstəyin ümumi məbləği 30 milyon dollara yaxındır.

Digər bir məlumatı da bildirək ki, Asiya İnkişaf Bankı artıq “Accessbank” QSC-nin səhmlərinin ən böyüyünə (19,9%) sahibdir.

Report

Son xəbərlər
Digər xəbərlər