2018-ci ildə Azərbaycanda banklar tərəfindən ümumilikdə 7,4 mlrd. manat (4,3 mlrd. dollar) məbləğində kredit verilib.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov deyib.
“2018-ci il ərzində Azərbaycanda banklar 7,4 mlrd. manat kredit verib. Bunun 4,3 mlrd. manatı biznes kreditlərin payına düşür. Verilmiş biznes kreditlərinin həcmi 2017-ci illə müqayisədə 7,2% artıb”, – deyə o, bu gün Bakıda keçirilən seminarda bildirib.
A.Zülfüqarovun sözlərinə görə, ötən il verilmiş kreditlərin ümumi həcminin 70%-dən çoxu milli valyuta ilə verilib.
2018-ci ilin sonuna Azərbaycanda 30 bank fəaliyyət üçün lisenziyaya malikdir.