11 C
Baku
Tuesday, March 5, 2024

Asiya Bankı Azərbaycanla bağlı strategya hazırlayıb: 2019-2023 üçün

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla bağlı 2019-2023-cü illəri əhatə edən yeni strategiya hazırlamağa başlayıb. Bu barədə agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

“Biz artıq Azərbaycanla bağlı yeni strategiyanın hazırlanması üzərində işə başlamışıq, belə ki, 2014-2018-ci illəri əhatə edən mövcud strategiyanın müddəti bu il başa çatır. Yeni strategiya da 5 illik olacaq və 2019-2023-cü illəri əhatə edəcək”, – deyə məlumatda bildirilir.

Cari ilin aprel-may aylarında AİB missiyası sənədlə bağlı müzakirələr aparmaq üçün Azərbaycana gələcək.

“Bizim qiymətləndirmələrimizə görə, III rübdə strategiyanın layihəsi baxılmaq üçün Azərbaycan hökumətinə təqdim olunacaq. Daha sonra bankın Direktorlar Şurası tərəfindən strategiyanın təsdiqlənmə tarixi müəyyən olunacaq”, – deyə məlumatda qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər