11 C
Baku
Thursday, April 10, 2025

Asiya fond bazarları Trampın tarifləri fonunda günə enişlə başlayıb

Tokio birjasının “Nikkei 225” indeksi ticarətin ilk 30 dəqiqəsində 8,5% ucuzlaşıb. Bakı vaxtı ilə saat 06:38-ə olan məlumata görə, bu göstərici 31 575,50 bəndə (-6,53%) bərabərləşsə də, dəyişməkdə davam edir.

Koreya fond bazarı indeksi KOSPI ticarətə başlayandan bəri 5%-dən çox ucuzlaşıb. Bakı vaxtı ilə saat 6:51-də göstərici 4,31% azalıb. Honkonqun “Hang Seng” indeksi də eyni tendensiya nümayiş etdirərək, Bakı vaxtı ilə saat 5:35-də ticarətin açılışından sonra 9,28% azalaraq 20 730,05 bənd təşkil edib. 20 dəqiqədən sonra azalma artıq 9,64% olub.

Eyni zamanda avtomobil şirkətlərinin səhmləri ucuzlaşıb. Ticarət açılışında “Nissan” səhmləri 10%, “Honda” səhmləri isə demək olar ki, 8% ucuzlaşıb.

Aprelin 4-də Çin Xalq Respublikasının Dövlət Şurası ABŞ-dən gələn mallara 34% gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Bu, ABŞ prezidenti Donald Trampın 185 ölkədən idxal olunan mallara rüsum tətbiq etməsi ilə bağlı açıqlamasına cavab idi.

Son xəbərlər
Digər xəbərlər