26 C
Baku
Saturday, July 27, 2024

Asiya İnfrastruktur İnvestisiya Bankı bu ölkəyə $120 milyon kredit ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Banqladeşə 120 milyon ABŞ dolları kredit ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, kredit 4 milyondan çox adamın yaşadığı Çittaqon bölgəsində elektrik təchizatı sisteminin yenilənməsinə və inkişafına sərf olunacaq.

Qeyd edək ki, Azərbaycanın da təsisçi-üzvü olduğu bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək müxtəlif ölkələrə ümumilikdə 36 layihəyə 7,62 milyard dollardan çox kredit ayırıb.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər