26 C
Baku
Saturday, April 20, 2024

Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı 97-ə çatıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktorlar şurası Fil Dişi Sahili, Qvineya, Tunis və Uruqvayın banka üzvlüklə bağlı müraciətlərini müsbət cavablandırıb.

Bankın Pekindəki mənzil-qərargahından verilən məlumata əsasən, bununla AİİB-in üzvlərinin sayı 97-ə çatıb. Bu dövlətlər müvafiq ölkədaxili proseduru keçdikdən və müəyyən olunmuş məbləğdə depoziti ödədikdən sonra AİİB-in tamhüquqlu üzvləri olacaqlar.

Qeyd edək ki, AİİB 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılıb. Mənzil-qərargahı Pekində yerləşən bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə 39 layihəyə, ümumilikdə, 7,94 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.

– AzərTac

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər