27 C
Baku
Thursday, July 18, 2024

Asiya İnkişaf Bankı Azərbaycanda qiymət artımları ilə bağlı proqnozunu yüksəldib

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda illik inflyasiyanın 10% olmasını proqnozlaşdırır.

Banker xəbər verir ki, bu barədə Bankın Mərkəzi Asiya və Qafqaz üçün “Asian Development Outlook- Septemper 2023” hesabatının yenilənmiş sayında bildirilir.

ADB-nin aprel proqnozu Azərbaycanla bağlı proqnozu 7% təşkil etmişdi ki, bu da həmin hesabatla müqayisədə 3 faiz bəndi çoxdur.

ADB növbəti il üçün Azərbaycanda inflyasiyanın (sitehlak qiymətləri indeksi) illik 8.5% olacağını gözləyir. Əvvəlki hesabatında 6.5% idi.

Ölkədə daxili tələb ev təsərrüfatları və dövlət istehlakı ilə dəstəklənməkdədir. Baxmayaraq ki, ikirəqəmli inflyasiya davam edir, daha yüksək ev təsərrüfatlarının gəlirləri 2023-cü ilin birinci yarısında şəxsi istehlakı 5.1% artırıb.

Son xəbərlər
Digər xəbərlər