Asiya İnkişaf Bankı Azərbaycanla bağlı videoçarx hazırlayıb – VİDEO

0
Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığın 20 illiyi münasibətilə ölkəmizlə əlaqələrin inkişafına dair xüsusi videoçarx və broşür hazırlayıb.

Videoçarx və broşüra bankın rəsmi saytında nümayiş olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Broşürdə AİB Azərbaycanla 2019–2023-cü illəri əhatə edən yeni tərəfdaşlıq strategiyasını təqdim edir.

Qeyd olunur ki, bank özəl sektorun inkişafını dəstəkləmək, dövlət sektorunun səmərəliliyini artırmaq və infrastrukturu yaxşılaşdırmaq və insan kapitalını gücləndirməyə diqqət yetirəcək.

Bundan əlavə, bankın prioritet istiqamətləri sırasına gender bərabərliyinə nail olmaqda irəliləyişin sürətləndirilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlığın yaxşılaşdırılması, regional əməkdaşlıq və inteqrasiya, idarəetmə və institusional potensialın gücləndirilməsi və dövlət-özəl tərəfdaşlığının təşviqi daxildir.

Materiallarda qeyd olunur ki, AİB Azərbaycan hökuməti ilə çoxşaxəli, hərtərəfli və davamlı inkişafa nail olmaq üçün işləyir.

Münasibətlərin tarixindən bəhs edən videoçarx və broşürdə Azərbaycanın 1999-cu ildə AİB-ə qoşulması barədə məlumatlar yer alıb. Qeyd olunur ki, o vaxtdan bəri AİB ölkənin ən böyük inkişaf tərəfdaşı olub.

Qeyd edək ki, Azərbaycanın ən böyük çoxtərəfli inkişaf tərəfdaşı olan AİB əməkdaşlıq tarixində ölkəyə maliyyə dəstəyi üçün 5 milyard dollardan çox vəsait ayırıb. Bu günə qədər AİB-in layihə və proqramlarının dəstəyi ilə 485 min insan təmiz içməli su ilə təmin edilib, 240 min insan daşqından qorunub, 100 min ev təsərrüfatının elektrik enerjisinə çıxışı təmin edilib, eləcə də bankın dəstəyi ilə 325 kilometr yol tikilib və modernləşdirilib.

 
©Report