9 C
Baku
Tuesday, December 23, 2025

Asiya İnkişaf Bankı Azərbaycan üçün yeni strategya hazırlanmasına “baş sındırır”

Asiya İnkişaf Bankı Azərbaycan üçün beşillik Ölkə Tərəfdaşlıq Strategiyası üzərində iş aparır

Hazırda Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2019-cu ildə başlayacaq beşillik Ölkə Tərəfdaşlıq Strategiyası üzərində iş aparır. Strategiya 2018-2023-cü illəri əhatə edir.

Banker.az xəbər verir ki, bu barədə AİB-in vitse-prezidenti Vençay Janq oktyabrın 24-də Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Bildirib ki, bu strategiya AİB-in Asiya və Sakit Okean regionu üzrə 2018-ci ilin iyununda qəbul olunmuş 2030 Strategiyası və Azərbaycanın milli inkişaf strategiyasına əsaslanır. Ölkənin neftdən asılılığını azaltmaq məqsədilə Ölkə Tərəfdaşlıq Strategiyası özəl sektorun genişləndirilməsi, dövlət sektorunun daha səmərəli fəaliyyət göstərməsi və ölkənin infrastrukturunun, kapital və əmək bazarlarında vəziyyətin yaxşılaşdırılması yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə dəstək olacaq.

Son xəbərlər
Digər xəbərlər