2 C
Baku
Saturday, December 14, 2024

Asiya İnkişaf Bankı Azərbaycana 250 milyon dollar ayırdı

Asiya İnkişaf Bankı “İdarəçilik proqramının təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyinin artırılması, Altproqram I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1)” üçün $250 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankın Bakı ofisinin nümayəndəsi Əziz Heydərov məlumat verib.

“Bu gün bankın Direktorlar Şurası Azərbaycana $250 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib”, – Ə.Heydərov çərşənbə günü “Beynəlxalq maliyyə institutlarının sənaye parkları və məhəllərinin rezidentləri ilə əməkdaşlıq imkanları” adlı tədbirdə bildirib.

Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım etməkdir. Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadi şaxələndirməyə imkan yaradacaq.

Proqrama iki altproqram daxildir. Onların reallaşdırılması 2017-2019-cu illərdə nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər