9 C
Baku
Thursday, December 12, 2024

Asiya İnkişaf Bankı Azərbaycana 752 milyon dollar ayırıb

Asiya İnkişaf Bankı (AİB) 2014-cü ildə Gəncə-Qazax regionunda körpülərin tikilməsi və yerli əhəmiyyətli yolların təmirinə 45 milyon, Cəlilabad-Şorsulu magistral yolunun tikintisinə 250 milyon dollar kredit ayırıb.

Bunu AİB-nin Azərbaycan üzrə nümayəndəsi Olly Norojono dekabrın 22-də keçirdiyi mətbuat konfransında deyib.

Olly Norojono-nun bildirdiyinə görə, AİB Azərbaycana 2015-ci ildə daha 752 milyon ABŞ dolları ayıracaq:

«AİB Ölkə Tərəfdaşlıq Strategiyasına uyğun olaraq, Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına və özəl sektorun inkişafına təkan verməkdə maraqlıdır. Bu strategiya çərçivəsində nəqliyyat, enerji, şəhər xidmətləri, kiçik və orta biznes və dövlət-özəl sektorlar arasında tərəfdaşlığın inkişafına dəstək veriləcək. Bu, sektorların inkişafı yeni iqtisadi imkanlar yaradacaq, şəhərlə kənd arasında fərqi azaldacaq. Yeni strategiya, həmçinin regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir».

AİB şəhər nəqliyyatı, bərk tullantıların idarə olunması və enerji sektorlarına 4.5 milyon dollarlıq texniki yardım ayırıb.

AİB Azərbaycanda 1999-cu ildən fəaliyyətdədir. Bu müddətdə 21 layihə üzrə 1.64 milyardlıq kredit ayırıb.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər