Human Rights Watch insan haqları təşkilatının müraciətində belə deyib
Human Rights Watch insan haqları təşkilatının müraciətində deyilir ki, Asiya İnkişaf Bankı (AİB) və onun səhmdarları olan ölkələr Azərbaycan hökumətini fəallar və müstəqil qruplar üzərinə hücumlarını dayandırmağa çağırmalıdır.
Manilada mənzillənmiş AİB mayın 2-dən 5-dək Bakı şəhərində hamilər şurasının 48-ci yığıncağını keçirlməlidir.
Human Rights Watch-un müraciətində xatlırladılır ki, əsasında şəffaflıq və hesabatlılıq dayanan bu maliyyə təsisatının Bakı görüşü, Azərbaycan hakimiyyətinin insan haqları üzərinə misilsiz hücuma keçdiyi bir vaxta təsadüf edir.
“Öz prinsiplərinə sadiq qalmaq üçün bankın liderliyi qeyri-hökumət qruplarının işi və davamlı inkişaf üçün vacib şərt sayılan azad mətbuatın fəaliyyəti üzərindən məhdudiyyətlərin götürülməsi məqsədilə Azərbaycana təzyiq göstərməlidir” – müraciətdə deyilir.
Human Rights Watch bankın prezidenti Takehiko Nakao yazdığı məktubda Bakıya təzyiq göstərilməsi üçün atılacaq bir neçə addımı tövsiyə edib.
Human Rights Watch ötən fevral ayında bankın prezidenti Takehiko Nakao yazdığı məktubda Bakıya bu xüsusda təzyiq göstərilməsi üçün atılacaq bir neçə addımı tövsiyə etmişdi.
Məktubda deyilirdi ki, əgər AİB-in Bakı iclasında müstəqil qrupların məhdudiyyətsiz iştirakı təmin edilməzsə təsisat bu tədbiri Azərbaycan paytaxtında keçirməməlidir.
Human Rights Watch, ümumiyyətlə məsləhət görür ki, bank öz illik iclaslarının keçirilməsi üçün yer seçərkən həmin ölkələrin öz beynəlxalq öhdəliklərinə necə əməl etmələrinə diqqət yetirməlidir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür və indiyədək infrastruktura investisiyalar şçəkliundə bu bankdan 1, 5 milyard dollar vəsait alıb.
Bank bildirib ki, onun Bakı iclasında hökumət rəsmiləri, investorlar, jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri də daxil olmaqla 3000 nümayəndə iştirak edəcək.
Human Rights Watch ABŞ və Yaponiyadan Asiya İnkişaf Bankının ən böyük sərmayiçiləri kimi Azərbaycandan siyasi motivlərlə həbs edilmiş jurnalistləri və siyasi fəalları qeyd-şərtsiz və dərhal azad etməyə çağırmağı xahiş edib.
bbc