7 C
Baku
Thursday, December 12, 2024

Asiya İnkişaf Bankı Azərbaycanda 3 maliyyə institutuna 120 milyon dollar məbləğində kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın 3 maliyyə institutuna ümumilikdə 120 milyon dollar məbləğində kredit ayıracaq.

Bankdan bildiriblər ki, kredit vəsaitləri “AccessBank” QSC, “DəmirBank” ASC, “Finca Azerbaijan” Bank Olmayan Kredit Təşkilatına (BOKT) kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın (MSME) maliyyələşdirilməsi üzrə əməliyyatları genişləndirmək üçün ayrılacaq. AİB tərəfindən Azərbaycanın maliyyə sektoruna ayrılan kredit resurslarının ümumi həcmi 215 milyon dollaradək artacaq.

AzərTac

Son xəbərlər
Digər xəbərlər