Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3.5 % çox olacağını proqnozlaşdırır.
Bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0.7 faiz bəndi çoxdur.
Bank gələn il isə Azərbaycanda 3.8 % iqtisadi artım gözləyir.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4.4 % (əvvəlki proqnoza nisbətən 0.2 faiz bəndi çox), gələn il isə 4.6 % böyüyəcəyini proqnozlaşdırır.