9 C
Baku
Friday, December 13, 2024

Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxılışına dəstək verə bilər

“Azərbaycanın Asiya İnkişaf Bankına (ADB) üzv olduğu 1999-cu ildən bəri qurumdan 4,9 milyard ABŞ dolları dəyərində texniki dəstək, kredit və kredit üzrə zəmanət alıb”.

Report Agentliyi xəbər verir ki, bunu Bankın vitse-prezidenti İnqrid Van Vis (Ingrid Van Wees) Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nda bildirib.

Onun sözlərinə, təmsil etdiyi qurum Azərbaycan hökuməti ilə əsasən nəqliyyat, enerji və infrastruktur sahələri üzrə əməkdaşlıq edir: “Dövlət sektorunun idarə edilməsi və özəl sektorun inkişafı da diqqət mərkəzimizdədir. Bu gün iki əsas məsələni müzakirə edəcəyik. Bunlardan biri dövlət sektorunu necə idarə etmək, digəri isə istiqraz buraxılışında ADB-nin rolu olacaq”.

Son xəbərlər
Digər xəbərlər