10 C
Baku
Wednesday, December 11, 2024

Asiya İnkişaf Bankı: Azərbaycanda ÜDM-in artımı 2019-cu ildə sürətlənəcək

Asiya İnkişaf Bankı 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 1,7% səviyyəsində proqnozlaşdırır. Bu barədə Asian Development Outlook 2018 icmalında qeyd olunur.

2017-ci ilin sentyabr ayında AİB Azərbaycanda 2018-ci ildə ÜDM-in artımınl 1% səvioyyəsində proqnozlaşdırıb.

Bankın qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2%-dək sürətlənəcək.

“Proqnozlara əsasən, 2018-ci ildə tikintinin bərpası halında ÜDM-in artımı 1,7%-ə çatacaq və 2019-cu ilodə sənaye sektorunda genişləndirilmə hesabına 2%-dək sürətlənəcək. Fərdi istehlakın artacağı gözlənilir, iqtisadi fəallıq yaxşılaşacaq, qeyri-neft sektoruna investisiyaların artımı olacaq”, – icmalda qeyd edilir.

AİB 2018-ci ildə ölkədə sənaye istehsalının 0,5% səviyyəsində azalmasını proqnozlaşdırır. 2019-cu ildə “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2”-nin fəal reallaşdırılması hesabına 3% səviyyəsində artım gözlənilir.

“Dövlət investisiyalarının, həmçinin infrastruktur və mənzil tikintisinə artması 2018-ci ildə tikinti sektorunda 6% və 2019-cu ildə 3% artıma gətirəcək. 2018-2019-cu illərdə ASK sektorunda artım illik 5%, bu dövrdə xidmət sahəsində artım illik 2% təşkil edəcək”, – bank qeyd edir.

AİB-in proqnozlarına görə, 2018-ci ildə Azərbaycanda inflyasiya 7%-dək azalacaq, lakin 2019-cu ildə iqtisadi atrtımın daha yüksək templəri və kommunal xidmətlıərə tariflərin artırılması ilə əlaqədar 8%-dək sürətlənəcək.

“İnflyasiya ilə mübarizə mühüm vəzifə olaraq qalacaq və əlaqələndirici pul-kredit və maliyyə siyasətinin həyata keçirilməsini tələb edəcək”, – bank qeyd edir.

Bankın proqnozlarına əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 6,9%, 2019-cu ildə – ÜDM-in 6,2% təşkil edəcək.

“2018-ci ildə avtomobil idxalına gömrük rüsumlarının artımı ilə bağlı idxalın 6% azalması gözlənilir. Bu il ixrac neftin yüksək qiyməti fonunda 13% artacaq, lakin 2019-cu ildə neft hasilatının azalması fonunda 3,5% azalacaq”, – bank vurğulayır

Son xəbərlər
Digər xəbərlər