-3 C
Baku
Sunday, December 15, 2024

Asiya İnkişaf Bankı Azərbaycanın 3 özəl bankına 120 milyon dollar ayırdı

AİB-nin Özəl Sektorla Əməliyyat Departamentinin rəhbəri Todd Freeland bildirib ki, 3 banka ayrılan vəsait AİB Azərbaycanın maliyyə bazarına dəstəyini davam etdirdiyin göstəricisidir:

«Kənd təsərrüfatının inkişafı üçün ayrılan bu vəsait kiçik fermerlərin və sahibkarların maliyyələşdirilməsinə yardım edəcək, eləcə də digər sahələrdəki kiçik sabikarlar da banklardan kredit ala biləcəklərr».

Access Bank Azərbaycanda kənd təsərrüfatını dəstəkləyən 5 böyük bankdan biridir. Finca, özəlliklə, Azərbaycanın bölgələrində fəaliyyət göstərən qeyri-bankdır. DəmirBank Azərbaycanın mikromaliyyələşdirmə portofeli olan ikinci böyük bankdır.

Azərbaycan iqtisadiyyatının neftdən aslılığını azaltmaq üçün AİB 2005-ci ildən bəri ölkənin maliyyə sahəsinə ümumilikdə 215 milyon dollar ayırıb.

azadliq.org

Son xəbərlər
Digər xəbərlər