Asiya İnkişaf Bankı (AİB) 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1,1% azalacağını proqnozlaşdırır. Bu barədə bankın saytında dərc edilmiş “Asian Development Outlook 2017” icmalında qeyd edilir.
Ötən ilin icmalında AİB 2017-ci il üçün Azərbaycanda ÜDM artımını 1% səviyyəsində proqnozlaşdırmışdı.
Bankın proqnozlarına əsasən 2018-ci ildə respublikada ÜDM 1,2% artacaq, 2017-ci ildə inflyasiya 9% (əvvəlki proqnoz – 5,2%), 2018-ci ildə 8% təşkil edəcək.
Cari ildə tədiyə balansının profisiti ÜDM-nin 5,9%-i (əvvəlki proqnoza əsasən ÜDM-nin 1,5%-i), 2018-ci ildə 11,4%-i səviyyəsində proqnozlaşdırılır.
Azərbaycan hökuməti 2017-ci il üçün ÜDM artımını 1%, orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə Azərbaycanda ÜDM-nin həcmi 3,8% azalıb, inflyasiya 12,4% təşkil edib.*