28 C
Baku
Wednesday, July 24, 2024

Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatında istiqraz buraxa bilər

Asiya İnkişaf Bankı (ADB) ilk dəfə Azərbaycan manatında istiqraz buraxmaq planını potensial sərmayəçilərlə müzakirə edib.

Bunu Report Agentliyinə  ötən həftə Bakı səfərinin yekunlarına əsasən ADB maliyyə və risqləri idarə etmək vise-prezidenti İnqrid van Vees bildirib.

O deyib ki, hökumət üzvləri ilə, Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası, potensial sərmayəçilərlə yaxından əməkdaşlıq edirik.

Bankın vise-prezidenti inkişafda olan ölkələrdə yerli valyutada istiqrazlar bazarının inkişafını iqtisadi artım üçün dönüş nöqtəsi kimi dəyərləndirərək bununla borcalanların valyuta risqlərindən qoruna bildiyini dilə gətirib: “İndi İndoneziya rupiyahları, Qazaxıstan təngələri, Filipinlər pesosu kimi yerli valyutalarda istiqrazlar buraxmış Asiya İnkişaf Bankı vaxtı gələndə Azərbaycan manatı nominasiyalı da istiqraz buraxacağına ümidvardır”.

Qeyd edək ki, ADB post-sovet məkanında ilk istiqrazlarını bu ilin yanvar ayında Qazaxıstan təngəsində 80 milyon dollar məbləğində, Asiya – Sakit okean regionunda isə ilk istiqrazlarını Filipinlər pesosunda 225 milyon dollar məbləğində 2016-cı ildə buraxıb.

Son xəbərlər
Digər xəbərlər