9 C
Baku
Saturday, December 21, 2024

Asiya İnkişaf Bankı indiyə qədər Azərbaycana 4 mlrd. dollar kredit verib

Asiya İnkişaf Bankının bu vaxta qədər Azərbaycana verdiyi və geri ödənilən kreditlərinin həcmi 4 mlrd. ABŞ dollarıdır.

Bunu Bakıda keçirilən 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı ADB-nın İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov deyib.

“ADB-ni daha çox dövlət sektoru ilə işləyən bank kimi tanıyırlar. Amma bizim özəl sektorla da müəyyən layihələrimiz var. 2030-cu ilə olan strategiyamızda 7 hədəf var. Onlardan biri investisiya və kredit portfelimizdə özəl sektorun payını artıraraq üçdə birə çatdırmaqdır”- deyə S.Şabanov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər