Asiya İnkişaf Bankının (AİB) verdiyi məlumata görə, koronavirus pandemiyasının vurduğu zərər 4,1 trilyon dollar və ya qlobal ÜDM-un təxminən 5% -nə bərabər ola bilər.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
“Heç kim COVİD-19 pandemiyasının nə qədər geniş yayıla biləcəyini proqnozlaşdıra bilməz, – deyə AİB-nın baş iqtisadçısı Yasuyuki Savada bildirib. – Ciddi maliyyə sarsıntıları və maliyyə böhranları istisna etmək olmaz”.
AİB Asiyada 2020-ci il üçün iqtisadi artım proqnozunu ötən ilin sentyabrında gözlənilən 5,5% -dən 2,2% -ə, Çin üçün proqnoz 6% -dən 2,3% -ə endirilib.







