10 C
Baku
Wednesday, December 11, 2024

Asiya İnkişaf Bankı Özbəkistana 400 mln. dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Özbəkistana 400 milyon ABŞ dolları olan iki kredit ayırır.

Bu barədə AİB-in hesabatında bildirilir. Bildirilib ki, məbləğ maliyyə bazarlarını gücləndirmək və dayanıqlı bazar yönümlü enerji sektorunu inkişaf etdirmək üçün istifadə olunacaq. 300 milyon dollarlıq kreditlərdən biri sərmayələri təşviq etmək üçün enerji sektorunun hüquqi və normativ bazasının və idarə edilməsinin dəstəklənməsi, həmçinin karbon qazı tullantılarının azaldılmasına dair islahatlara və enerji səmərəliliyinin artırılmasına yönəldilib.

100 milyon dollarlıq kredit isə maliyyə əməliyyatları və xidmətlərinin sadələşdirilməsi üçün xərclənəcək.

Qeyd edək ki, Özbəkistan 1995-ci ildə Asiya İnkişaf Bankının üzvü olub, 1998-ci ildə isə Daşkənddə daimi nümayəndəliyini açıb. Bu illər ərzində bank ölkəyə 12,5 milyard dollar məbləğində kredit təqdim edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər