“Cənub Qaz Dəhlizi” QSC tərəfindən Asiya İnkişaf Bankından kreditin cəlb olunması istiqamətində işlər davam edir.
Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
“Bilirsiniz ki, SOCAR-ın səhmdarı olduğu “Cənub Qaz Dəhlizi” QSC Asiya İnkişaf Bankından kreditin cəlb olunması ilə bağlı danışıqlar aparır. QSC “Sahdəniz Mərhələ-2″, TANAP, TAP və Cənubi Qafqaz Boru Kəməri layihələri ilə bağlı maliyyələşməni həyata keçirir. Dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar bu ildən qərara alınıb ki, banklardan maliyyə vəsaitinin cəlb olunması istiqamətində işlər aparılsın. Bu istiqamətdə ilk bondun buraxılması reallaşdı. Bundan başqa, hazırda Asiya İnkişaf Bankı tərəfindən layihəyə vəsaitin ayrılması istiqamətində işlər gedir”, – deyə vitse-prezident qeyd edib.
APA