25 C
Baku
Saturday, July 27, 2024

Asiya ölkəsinə giriş qadağan edildi

Cənubi Asiya ölkəsi olan Butana koronavirusla əlaqədar turistlərin gəlişi qadağan edilib.

“Reuters” xəbər verir ki, qadağa iki həftə qüvvədə olacaq.

Məlumata görə, qərar bu gün ölkədə qeydə alınan koronavirusa ilk yoluxma faktı ilə əlaqədar verilib.

Qeyd edək ki, Butanın əsas gəlir mənbəyi turizmdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 835-ə çatıb. Bunların 55 805 nəfəri sağalıb, 3 390 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

©Report

Son xəbərlər
Digər xəbərlər