12 C
Baku
Cümə, Dekabr 3, 2021

Asiyanın ən varlı adamının sərvəti 100 mlrd. dolları keçib

Asiyanın ən varlı adamı Mukeş Ambani sərvəti 100 milyard dollardan çox olan insanlar siyahısına düşüb.

Banker.az xəbər verir ki, Hindistanın “Reliance Industries Ltd.” şirkətinin sədri konqlomeratın səhmləri rekord səviyyəyə çatandan sonra Ceff Bezos və İlon Mask da daxil olmaqla 11 nəfərdən ibarət olan qrupa daxil olub.

“Bloomberg”in milyarderlər indeksinə əsasən, hal-hazırda Mukeş Ambaninin sərvəti 100.6 milyard dollar təşkil edir. Pandemiya ili ərzində sahibkarın sərvəti 23.8 milyard dollar artıb.

2005-ci ildə atasının imperiyasının emal və neft-kimya biznesini miras aldıqdan sonra 64 yaşlı Ambani enerji nəhəngini pərakəndə satış, texnologiya və elektron ticarət titanına çevirməyə cəhd edib. Onun 2016-cı ildə işə saldığı telekommunikasiya xidməti hazırda Hindistan bazarında dominant operatordur.

13de1d7e 5618 444a b246 f54ab578244e3

“Reliance Industries Ltd.”nin pərakəndə satış və texnologiya müəssisələri paylarını “Facebook Inc.”, “Google”, “KKR & Co.” və “Silver Lake”yə sataraq ötən il təxminən 27 milyard dollar cəlb edib.

Son xəbərlər
Oxşar xəbərlər
X