14 C
Baku
Thursday, November 21, 2024

Asiyanın ən gənc milyarderi Naruatsu Baba sərvətini oyunlarda qazanıb

Colopl-un yaradıcısının cəmi 35 yaşı var. Ona ilk uğurunu qeyri adi bir oyun qazandırıb: oyunda telefonunu cibinə qoyaraq Yaponiya ilə səyahət etmək lazım idi ki, nəticədə virtual pul qazanasan. 

Planetin ən gənc milyarderlərinin klubuna daha bir qəhrəman daxil olub. Kolopl kompaniyasının təsisçisi Naruatsu Babanın təzəlikcə 35 yaşı tamam olub. Öz sərvətini isə o, smartfonlar üçün hazırladığı oyunlar sayəsində qazanıb.

Naruatsu baba Colopl kompaniyasının əsasını 2008-ci ildə qoyub. 2012-ci ilin dekabr ayında Colopl öz səhmlərini Tokio fond birjasında yerləşdirir.

Hal-hazırda Colopl-ın kapitallaşması 7 dəfə artaraq, 2,2 milyard dollara çatıb. Kompaniyanın 69%-ni Baba idarə etdiyi üçün onun sərvətinin miqdarı $1,5 milyard həcmində qiymətləndirilir.

Naruatsu Baba sərvətini özü qazanmış, yəni miras nəticəsində valideynlərinin imperiyasını əldə edərək varlanmayan ən gənc asiyalı milyarderdir.

Maraqlıdır ki, buna qədər ən gənc selfmade-milyarder adı Yaponiyanın Gree nəhənginin yaradıcısı Yoşikazu Tanakeyə məxsus idi. O, da həmçinin mobil oyun proqramçısı və yaradıcısı idi. Baba Tanakedən bir il cavandır.

Son xəbərlər
Digər xəbərlər