7 C
Baku
Thursday, December 12, 2024

ASK-da struktur dəyişikliyi aparılıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

Banker.az-ın Konfederasiyaya istinadən verdiyi xəbərə görə, iclasda Konfederasiyanın cari ildə iş planı, üzvlük strategiyasının hazırlanması, ASK-nın ümumi strukturunun, komissiyaların və regional nümayəndəliklərin təşkili və 2019-cu ildə ASK-nın təsis edilməsinin 20-ci il dönümü ilə əlaqədar tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Struktur dəyişikliyi çərçivəsində Konfederasiyanın İctimaiyyətlə əlaqələr və kadrlar şöbəsinin Dövlət orqanları və sahibkarlarla iş şöbəsi ilə birləşdirilərək Sahibkarlarla iş və kommunikasiya şöbəsi, Hüquq və əmək münasibətləri şöbəsinin Hüquq və sosial tərəfdaşlıq şöbəsi, Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi adlandırılması təklif olunub. Bundan başqa, qeyd olunub ki, yaxın vaxtlarda ASK yeni ünvanda fəaliyyət göstərəcək və bunun üçün artıq razılaşma əldə olunub. Qeyd edək ki, hazırda ASK Bakı şəhəri, Həsən Əliyev küçəsi, 57 ünvanında icarəyə götürülmüş binada fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər