26 C
Baku
Thursday, May 30, 2024

ASK ötən il özəlləşdirilən törəmə müəssisəsi “Şəki Şərab”ı məhkəməyə verib

“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) keçmiş törəmə müəssisəsini məhkəməyə verib.

Banker.az xəbər verir ki, ASK Şəki Rayon Məhkəməsində “Şəki Şərab” MMC-yə qarşı iddia qaldırıb.

İddianın mahiyyətini müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə təşkil edib.

Xatırladaq ki, “Şəki Şərab” MMC 2021-ci ilin dekabrına qədər “Azərbaycan Sənaye Korparasiyası”nın idarəetməsində olan dövlət müəssisəsi idi. Həmçinin, şirkət ötən ilin yayında rebrendinq edib. Buna həmin dövrə qədər onun adı “ASK Şəki Şərab” MMC idi.

Daha sonra dövlət müəssisəsi özəlləşdirmə müsabiqəsinə çıxarıldı və 2021-ci ilin sonu “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin Azərbaycandakı törəmə müəssisəsi – “AzAbrau” MMC həmin müsabiqənin qalibi elan edildi. Həmin dövrdə özəlləşdirməni həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti press-relizində qeyd edir ki, qalib şirkət dövlət büdcəsinə 1.92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4.5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb.

“AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəyəcəkdi.

Qeyd edək ki, “Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2.6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər