“ASK Şüşə” bu il 60 milyon ədədə yaxın şüşə məhsulu istehsal edəcək

0

ASK Şüşə” MMC bu il 60 milyon ədədə yaxın şüşə məhsulu istehsal edəcək.

Banker.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O bildirib ki, MMC-nin fəaliyyətdə olan 1-ci sexinin ikinci xəttinin quraşdırılması ilə bağlı iş gedir. Bu ilin sonu gələn ilin əvvəllərində ikinci xətt istifadəyə veriləcək. Bununla da “ASK Şüşə” tərəfindən 100 milyona yaxın şüşə istehsalı nəzərdə tutulub. Daha sonra isə ikinci yeni sex qurulacaq və burada da rəngli şüşə istehsal olunacaq. Rəngli şüşə istehsalı ildə 75-80 milyon ədəd olacaq və ümumilikdə MMC tərəfindən şüşə istehsalı 160-170 milyona çatdırılacaq.