23 C
Baku
Sunday, July 21, 2024

“ASK Tekstil” adını dəyişdi, əlavə 8 milyon manat maya qoyuldu

“ASK Tekstil” MMC rebrendinq edib.

Banker.az-ın məlumatına görə, “ASK Tekstil” MMC-nin adı dəyişilərək “Sumqayıt Tekstil” MMC olub və nizamnaməm kapitalı 1 814 379 manatdan 10 112 000 manata çatıb.

Ötən ilin sonlarında  “ASK Tekstil” MMC-nin özəlləşdirilməsi məqsədilə yaxın investisiya müsabiqəsi keçiriləcəyi, bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30-dan artıq xarici şirkətə müraciətlər ünvanlandığı bildirilmişdi.

Xatırladaq ki, “ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir. Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə, gətirilən ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları, xüsusi geyimlər istehsal edilir.

Son xəbərlər
Digər xəbərlər