8 C
Baku
Friday, December 13, 2024

“ASK Tekstil” özəlləşdirilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “ASK Tekstil” MMC-nin özəlləşdirilməsi məqsədilə yaxın zamanda investisiya müsabiqəsi keçiriləcək.

Fabrikin fəaliyyəti, infrastrukturu, təchizatı barədə ictimaiyyəti məlumatlandırmaq, həmçinin özəlləşdirməyə potensial investorları cəlb edilməsi məqsədilə müəssisəyə mediatur təşkil olunacaq.

23.11.2022, saat 11:00  “ASK Tekstil” MMC (Sumqayıt şəhəri, Sülh küçəsi,3 ) ünvanında olacaq.

Xatırladaq ki, “ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir. Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə, gətirilən ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları, xüsusi geyimlər istehsal edilir.

 

Son xəbərlər
Digər xəbərlər