13 C
Baku
Sunday, November 24, 2024

“ASK Tekstil”in ərazisində yeni müəssisə inşa edilə bilər

“ASK Tekstil” MMC-nin əsas vəsaitlərinin balans dəyəri 1 milyon 608 min manat təşkil edir.

Bu barədə “ASK Tekstil” MMC-yə təşkil olunan mediatur zamanı bildirilib.

“Müəssisə 6.4 hektar sahədə yerləşir. Müəssisədə istehsal binaların və tikililərin ümumi sahəsi 12.5 min kv m, ümumi faydalı sahəsi 30 min kv.m təşkil edir. Burada 3.5 hektar sərbəst torpaq sahəsi var ki, “ASK Tekstil”i özəlləşdirən investor burada hər hansı müəssisənin tikintisini də apara bilər”, – MMC-dən bildirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elnur Nəsirov deyib ki, əsas məqsəd 2017-2018-ci illərdə fəaliyyətini dayandıran “ASK Tekstil” MMC-nin işini bərpa etmək, respublikanın iqtisadi dövriyyəsinə qaytarmaq, yeni iş yerlərinin açmaqdır.

Hazırda müəssisədə təxminən 300 nəfər işləyir. “Müəssisəinin tam işlək fəaliyyəti zamanı burada üç növbə şəklində 800-850 nəfər çalışıb”, – E. Nəsirov bildirib.

Onun sözlərinə görə, hazırda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb.

“Müəssisənin tam bərpa olunması üçün lazım olan sərmayə investorun burada görəcəyi işlərdən asılıdır. Avadanlıqların hamısı işlək vəziyyətdədir, sadəcə bir neçə il dayandığı üçün yüngül sazlama işlərinə ehtiyac var”, – E. Nəsirov qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər