8 C
Baku
Sunday, January 29, 2023

“ASK Tekstil”in özəlləşdirilməsində iştirak üçün 30-dan artıq xarici şirkət dəvət olunub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 30-dan artıq xarici şirkətə “ASK Tekstil” MMC-nin özəlləşdirilməsində iştirak üçün müraciət edib.

Bu barədə Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün “ASK Tekstil” MMC-də keçirilmiş mediaturda məlumat verilib.

“Müəssisənin özəlləşdirilməsinə nüfuzlu strateji investorların cəlb edilməsi məqsədilə xarici şirkətlərə müraciətlər ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib”, – Xidmət bildirir.

Hazırda müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində məsləhətçi şirkətin iştirakı ilə işlərə başlanılıb.

KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar, müəssisənin qısa tarixi, istehsal sahələri, texnoloji avadanlıqlar, müəssisənin özəlləşdirilmə perspektivi barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “ASK Tekstil” MMC-dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri təşkil edilib, müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X