11 C
Baku
Thursday, December 11, 2025

“ASK Xidmət” ləğv olunduğunu elan etdi

“ASK Xidmət” MMC ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 14, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) ünvanı ünvanına bildirə bilərlər.

”ASK Xidmət” MMC 09 mart 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmişdir. ”ASK Xidmət” MMC-nin əsas fəaliyyəti isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan dövlət əmlakının idarəedilməsi xidmətlərini göstərməkdir.

Hal-hazırda, müəssisə “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin etməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər