“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Xidmət” MMC-nin nizamnamə kapitalı azaldılır.
Banker.az xəbər verir ki, “ASK Xidmət” MMC-nin nizamnamə kapitalı 7.400 manat məbləğində azaldılır.
Cəmiyyətin nizamnamə kapitalı ümumilikdə 57.617,50 manat təşkil edir.
Xatırladaq ki, “ASK Xidmət” 2018-ci ildə yaradılıb. Şirkət ASK-nın mülkiyyətində olan dövlət əmlaklarını (“ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “AMAY” Ticarət Mərkəzi və s.) idarə edir.