8 C
Baku
Friday, December 13, 2024

AŞPA koronavirusa qarşı vaksinasiyaya dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19-a qarşı vaksinasiya: etik, hüquqi və praktiki mülahizələr” adlı qətnamə qəbul edib.

Sənəddə peyvəndləmənin pandemiyanın aradan qaldırılmasındakı həlledici roluna toxunulub, onun təsirli olması üçün əhali tərəfindən qəbul edilməsinin əhəmiyyəti vurğulanıb. Beləliklə, AŞPA üzv ölkələri əhalinin vaksinasiya olunması üçün müvafiq tədbirlər görməyə və bütün əhalinin peyvəndlənməsini təmin etməyə çağırıb.

Qətnamədə vaksinasiyasının əhali arasında ədalətli istifadəsinin vacibliyinə də toxunulub. Belə ki, ilk öncə yaşlı və xəstə insanlara, yalnız bundan sonra gənc və sağlam əhaliyə peyvənd vurulmasının vacibliyi vurğulanıb.

Eyni zamanda sənəddə vaksinin varlı və kasıb ölkələr arasında bərabər şəkildə bölüşdürülməsi məsələsi də qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər