Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frenk Şvabenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana səfər edəcək.
Nümayəndə missiyası fevralın 7-də Bakıya gələcək.
Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.
Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.
©Report