17 C
Baku
Wednesday, May 1, 2024

AŞPA-nın qış sessiyası başa çatıb

AŞPA-nın qış sessiyası başa çatıb.

23 yanvarda Strasburqda başlayan qış sessiyası bu gün başa çatıb.

Sessiya zamanı Tini Koks yenidən AŞPA-ya prezident seçilib. Həmçinin, Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün hüquqi və insan hüquqları aspektlərinə dair qətnamə qəbul olunub, AŞPA Ukraynadakı müharibə ilə bağlı beynəlxalq tribunalın yaradılmasını dəstəkləyib.

Sessiya çərçivəsində AŞPA-da Laçın yolundakı vəziyyətə dair müzakirələr aparılıb. Azərbaycanlı deputatlar AŞPA-da Laçın yolu ilə bağlı iddialara cavab verib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Ermənistanın beynəlxalq qurumları aldatmağa çalışdığını bildirib, Ermənistana beynəlxalq təşkilatlara yalvarmaq yerinə Azərbaycanla birlikdə regionda davamlı sülh haqqında düşünməyə başlamağı məsləhət görüb.

Həmçinin, Avropa Şurasının mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər