2 C
Baku
Saturday, December 14, 2024

AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assembleyasının (AŞPA) qış plenar sessiyası başlayır.

Sessiya yanvarın 27-dək davam edəcək.

Sessiya çərçivəsində Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinin rəhbəri, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Oleksandra Matviiçukun iştirakı ilə Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün hüquqi və insan hüquqları aspektlərinə dair müzakirələr keçiriləcək.

Qış sessiyasında İslandiyanın Baş naziri Katrin Yakobsdottir və Almaniyanın xarici işlər naziri Annalena Berbok da çıxış edəcək. Həmçinin Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin də çıxışı planlaşdırılır.

Assambleya həmçinin öz prezidentini və vitse-prezidentlərini seçəcək.

Builki qış plenar sessiyasında “Dövlət xidməti işçilərinə qarşı hücumlar”, “Priştina və Belqrad arasında son gərginliklər”, “Avropa Şurasının vətəndaş cəmiyyəti ilə əməkdaşlığını necə yaxşılaşdırmaq olar” mövzularında müzakirələr üçün müraciətlər təqdim olunub.

Belarus və Rusiya Federasiyası da daxil olmaqla insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin gücləndirilməsi və qorunması yolu, eyni zamanda, Laçın yolundakı vəziyyətə dair müzakirələr gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər