Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi Rusiyanın Avropa Şurasından çıxarılmasını tələb edən rəy layihəsi hazırlayıb.
Sənəd çərşənbə axşamı Assambleyanın səsverməsinə çıxarılacaq.
“Asambleya hesab edir ki, Avropa Şurası Nazirlər Komitəsi Rusiyadan Avropa Şurasından çıxmağı xahiş etməlidir. Rusiya bu tələbi yerinə yetirməsə, Assambleya Nazirlər Komitəsinə mümkün qədər tez zamanda qərar verməyi təklif edir”, – sənəddə deyili.
Rəy layihəsinin müəllifləri iddia edirlər ki, Rusiya Federasiyası təşkilata üzv dövlət statusu ilə bir araya sığmayan hərəkətlər edib. Komitə həmçinin AŞPA Bürosuna bütün fəaliyyət sahələrində Belarus hakimiyyəti ilə əlaqələri dayandırmağı tövsiyə edib.