13 C
Baku
Friday, May 10, 2024

AŞPA Prezidenti Putini müharibəni dayandırmağa çağırıb

“Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əlimizdən gələni etməliyik”.

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks qurumun yay sessiya çərçivəsində Rusiya-Ukrayna arasındakı müharibə məsələsinə toxunarkən deyib.

“Müharibə bizim üçün normala çevrilməməlidir və müharibənin bitməsi üçün əlimizdən gələni etməli, Ukrayna ilə öz həmrəyliyimizi göstərməliyik”, – o qeyd edib.

Tini Koks Rusiya parlamenti, hökuməti və Prezidentini müharibəni dayandırmağa çağırıb, müharibənin heç bir zaman başlamamalı olduğunu, bunu davam etdirmək üçün heç bir səbəb görmədiyini əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər