13 C
Baku
Saturday, November 23, 2024

AŞPA Rusiyanın Ukraynaya qarşı təcavüzünə dair qətnamə qəbul edib

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı“ adlı qətnamə qəbul edib.

Sənəddə Rusiyanın Ukraynaya hücumu qəti şəkildə pislənilir və Ukrayna xalqı ilə bir daha həmrəylik nümayiş olunur.

AŞPA Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiq edir.

Qurum xatırladır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüququn və Avropa Şurası Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər