“Assist Finance İnvestisiya şirkəti” ASC-nin Bakı Fond Birjasındakı dövriyyəsinin həcmi düşüb.
Banker.az xəbər verir ki, “Assist Finance İ.Ş.”nin BFB-dəki ümumi əməliyyatlarının həcmi 4 milyard 328.82 milyon manat həcmində olub.
Bu da 2024-cü ilin eyni dövründə qeydə alınan 6 milyard 111.2 milyon manatla müqayisədə 1 milyard 782.4 milyon manat və ya 29 faiz azdır.
İnvestisiya Şirkətinin əməliyyatlarındakı əsas azalma səbəbi repo əməliyyatlarının azalmasıdır. Məsələn, 2024-cü ildəki 4 mlrd. 266 mln. manatlıq əməliyyat 3 mlrd. 349 mln. manata düşüb.
| 2025-ci il | 2024-cü il | |
| ARMB qiymətli kağızları , manat | 150,317,704 | 112,826,346 |
| Dövlət İstiqrazları , manat | 123,483,776 | 623,066,870 |
| Korporativ İstiqrazlar , manat | 705,154,465 | 1,092,950,882 |
| Səhm , manat | 770,723 | 16,333,113 |
| Repo , manat | 3,349,091,399 | 4,266,019,041 |
| Cəmi əməliyyatların həcmi, manat | 4,328,818,066 | 6,111,196,252 |
| Cəmi əməliyyatların sayı | 1,604 | 2,150 |







