15 C
Baku
Tuesday, April 16, 2024

“Assist Finance İnvestisiya Şirkəti” 2023-cü ildə kiçilib

“Assist Finance İnvestisiya Şirkəti” ASC 2023-cü ili 644 448 manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 99 092 manat olub ki, bu da illik müqayisədə 6.5 dəfə artıb.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir. Bildirək ki, 31.12.2023-cü il tarixinə olan hesabatı audit olunmayıb.

2023-cü ildə “Assist Finance İnvestisiya Şirkəti”nin cəmi aktivləri 2 milyon 616 min manat (əvvəlki ilə nisbətən 30.3% az), cəmi kapitalı 1 milyon 158 min manat (16.3% az), cəmi öhdəlikləri 1 milyon 458 min manat (38.5% az) təşkil edib.

2021-ci ildə müştərilərə məxsus investisiya portfeli 172,774 manat, 2022-ci ildə
2,203,691 manat təşkil etmişdir ki, nəticədə 2022-ci ildə ümumilikdə şirkətin aktivləri artaraq 3 754 417 manat olub. 2023-cü ildə isə müştərilərə məxsus investisiya portfelinin azalması ilə şirkətin aktivləri 2022-ci illə müqayisədə azalaraq 2 616 176 manat təşkil edib.

Xatırladaq ki, ASSIST FINANCE İnvestisiya Şirkəti ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli İŞ-03 saylı investisiya şirkəti lisenziyasına əsasən fəaliyyət göstərir. Qeyd olunan lisenziyaya əsasən, ASSIST FINANCE İnvestisiya Şirkəti ASC qiymətli kağız emitentləri və investorlara bütün növ əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsini təmin edir.

Son xəbərlər
Digər xəbərlər