20.5 C
Baku
Tuesday, May 20, 2025

“Assist Finance İnvestisiya Şirkəti”nin maliyyə vəziyyəti açıqlandı

“Assist Finance İnvestisiya Şirkəti” ASC 2024-cü ili 700 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 657 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti illik müqayisədə 6.5% artıb.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Assist Finance İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 33% artaraq 2 milyon 161 min manat, cəmi əməliyyat xərcləri 25% artaraq 957 min manat olub.

Hesabat dövründə ASC-nin cəmi aktivləri 2 milyon 670 min manatdan 9 milyon 93 min manata, cəmi öhdəlikləri 1 milyon 480 min manatdan 7 milyon 761 min manata, cəmi kapitalı isə 1 milyon 190 min manatdan 1 milyon 332 min manata çatıb.

Xatırladaq ki, “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixində
Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital
İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir.

Şirkətin əsas fəaliyyəti Azərbaycan Respublikasında qiymətli kağızlar bazarına, eləcə də
beynəlxalq səviyyədə maliyyə bazarları alətlarinə investisiya yatırmaq istəyən müştərilərə vasitəçilik xidmətləri və diler xidmətlərinin göstərilməsindən ibarətdir. 31 dekabr 2024-cü il tarixinə Şirkətdə 2023-cü ilin dekabr ayına nisbətən 33 faiz işçi artımı baş verib.

Son xəbərlər
Digər xəbərlər