11 C
Baku
Tuesday, November 19, 2024

Assosiasiya: Gübrə və pestisidlərin qiymətlərinin artması narçı fermerləri çətin vəziyyətə salır

Dərman, gübrə və pestisidlərin qiymətlərinin artımı nar sahəsi ilə məşğul olan fermerləri çətin vəziyyətə salır.

Bunu “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Onun sözlərinə görə, dərman, gübrə və pestisidlərin qiymətlərində dövri olaraq artım müşahidə edilir: “Təbii ki, bu da fermerlərin rifahına kifayət qədər mənfi təsir göstərən amillərdən biridir. Xüsusilə regionlarda baş verən münaqişələr bu bahalaşmaya zəmin yaradır. Narın maya dəyərində biz bu qiymət artımını nəzərə almağa çalışsaq da, ixrac edilən ölkələrdə məhsulun alıcılıq qabiliyyətini və regionda baş verən qlobal proseslər də məhsulun qiymətinin aşağı enməsinə səbəb olur”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər