İqtisadiyyat naziri Mikayıl Cabbarov “Astana Beynəlxalq Maliyyə Mərkəzi”nin rəhbəri Kairat Kelimbetov ilə görüşüb.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə tərəflər Transxəzər dəhlizi çərçivəsində tərəfdaşlığın genişləndirilməsi, Azərbaycanın maliyyə institutları ilə “Astana Beynəlxalq Maliyyə Mərkəzi” arasında əməkdaşlıq və s. məsələləri müzakirə ediblər.
“Astana Beynəlxalq Maliyyə Mərkəzi”nin rəhbəri Kairat Kelimbetov əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.