8 C
Baku
Wednesday, November 30, 2022

Astanada Ərdoğan və Putin arasında danışıqlar başlayıb – Yenilənib

Astanada Türkiyə Prezidenyi Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar başlayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

İtaliya Xarici İşlər Nazirliyi ümid edir ki, Ərdoğan Putini Ukrayna ilə mühaibəni dayandırmağa inandıracaq.

Putin Ərdoğana Türkiyədə qaz qovşağı yaratmaq ideyası barədə danışıb. O, bu qovşağın təkcə çatdırılma üçün deyil, həm də qiymətlərin müəyyənləşdirilməsində platforma ola biləcəyini bildirib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş bir saat yarım davam edib.

Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, dövlət başçıları Rusiya ilə Ukrayna arasında davam edən savaşın nizamlanması barədə  fikir mübadiləsi aparmayıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X