23 C
Baku
Monday, September 16, 2024

Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub – Yenilənib

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

“Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

***

Astanada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Dövlət başçısını Qazaxıstan Prezidentini Kasım-Jomart Tokayev qarşılayıb.

Qeyd edək ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

Son xəbərlər
Digər xəbərlər