“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün rentgen qurğusu quraşdırılıb

“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz rəsmi twitter səhifəsində yazıb.

Son xəbərlər
Digər xəbərlər